İşin təsviri
Tələblər:
- Ali təhsilli olmalı;
- Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalı;
- Ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli;
- İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti, kollektiv üzvləri ilə yaxşı münasibət qura bilmək qabiliyyəti olan xanım namizəd tələb olunur;
- İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
- 23-30 yaş həddində xanım olmalı;
- Sumqayıt şəhərində yaşaması mütləqdir. Digər şəhərlərdə yaşayanlar müraciət etməsinlər.
İş haqqında məlumat:
- Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- Sənədlərinin dövriyyəsinin təmin edilməsi;
- Sənədlərin təyinatı üzrə arxivdə yerləşdirilməsi və cavabdehlərə göndərilməsi;
- İşçilərin tabelinin gündəlik,həftəlik və aylıq aparılması;
- Firma əməkdaşlarının korporativ nömrələrinin balans əməliyyatlarının həyata keçirilməsi;
- Direktorun dəvət olunduğu tədbirlərin öncədən yazılıb poçta yerləşdirilməsi;
- Nəzarətdə olan tapşırıqları hər günün sonunda direktora göndərilməsi;
- Məktubların, emaillərin yazılması və göndərilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İşçi üçün yaradılan şərait:
- İş saatı 09:00-18:00;
- Nahar firma hesabına verilir;
- İstirahət günü - Şənbə və Bazar günləri;
İlkin əmək haqqı: 500 AZN (Vergilər çıxıldıqdan sonra)
İş yeri: Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu prospekti 278, Qartal Tikinti Firmasının baş ofisi
CV-nizi mövzu yerində “Ofis meneceri” qeyd etməklə email ünvanına göndərə bilərsiniz.
Əlaqələndirici şəxs: Məhsəti Əliyeva
Telefon: +994 50 235 89 45