İnformasiya Texnologiyaları Meneceri

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində informasiya texnologiyaları meneceri vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİR

• Informasiya texnologiyaları və ya informatika sahəsində təhsil;
• Müvafiq sahədə ən azı 10 illik iş təcrübəsi;
• İngilis dilində danışıq bacarığı;
• İnformasiya və kommunikasiya texnologiyaları sahəsinə aid olan layihələr, müqavilələri və işçi heyətini idarəetmə bacarığı;
• İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqində qarşıya çıxan çətinlikləri aradan qaldırma bacarığı;
• Kompüter bilikləri, MS Ofis və oxşar proqram təminatı ilə iş bacarığı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

[email protected] 

Maraqların ifadəsi üzrə bildiriş D/18.0-MX

Sənədlər 18 fevral 2014-cü il saat 18:00-dək qəbul edilir.