Müştəri xidmətləri üzrə kiçik mütəxəssis

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 26.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək;
  • Satış sonrası müştəri məmnuniyyətini ölçmək
  • Müştərilərə düzgün, doğru, etibarlı və tam məlumat vermək
  • Müştərilərlə problemlərinin qeydlərini aparmaq
  • Müştərilərlə ünsiyyətdə olarkən təlimatlara əməl etmək
  • Müştərilərdən gələn zənglərə cavab vermək;
  • Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış;
  • Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunmasına nail olmaq/ ehtiyac yarandığı zaman müvafiq şöbəyə yönləndirmək;
  • Müştərilərə onların hər zaman yanında olduğumuzu göstərərək müştəri loyallığının qorunmasına və inkişaf etdirilməsinə nail olmaq;

Tələblər:

  • Dil bilikləri üstünlükdür (rus, ingilis)
  • Xanım namizədlər üstünlükdür;
  • Müştərilərlə işləmə bacarığı 
  • CRM sistemləri haqqında məlumatlı
  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü
  • Öyrənməyə açıq olmaq
  • Komanda ilə işləməyi bacarmaq
  • Ünsiyyətcil olmaq
  • Diqqətcil və punktual

Təcrübə üçün müraciət etmək istəyirsinizsə  CV-nizi "Müştəri xidmətləri üzrə kiçik mütəxəssis" başlığı ilə e-mail ünvanına göndərə bilərsiniz.