Satış üzrə mütəxəssis

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 19.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; ingilis və rus dili –arzuolunandır;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
  • Sərbəst araşdırma qabiliyyəti, ünsiyyət qurma və komandada işləmək bacarığı; 
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştəri bazasının formalaşdırılması və fərdi müştərilərlə əlaqələrin qurulması;
  • Fərdi satışların həcminin artırılmasını təmin etmək; 
  • Fərdi sığorta bazarının izlənilməsi və təhlilinin aparılması;
  • Könüllü məhsullar üzrə aktiv görüşlərin  keçirilməsi;
  • Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglərin edilməsi;
  • Sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satış üzrə mütəxəssis) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.   

İşəgötürənin reytinqi