İnfluenser marketinq və reklam xidmətləri üzrə təcrübəçi

  • İnfluencer.az
  • Elanın qoyulma tarixi: 18.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Haqqımızda
Influencer Azerbaijan - Azərbaycanın influenserlərinin və şirkətlərinin bir araya gəldiyi ortaq bir platformadır. Qısa müddət ərzində komandamız öz kanalları vasitəsilə 900+ yerli influenser və 150+ şirkət cəlb edib. Şirkətimiz tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişsiz “İnfluenser marketinq və reklam xidmətləri” üzrə təcrübə proqramı təklif edir.

Təcrübə proqramı sizə nə qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq;
  • Bazamızda olan influenserlərlə əlaqə və ünsiyyət;
  • ⁠İnfluenserlərin brend kampaniyaları haqqında brifinq vermək;
  • İnfluenserlərin keyfiyyətli təhlili və effektiv qiymətləndirmək;
  • ⁠İnfluenserlərin sosial media fəaliyyətlərində iştirakını izləmək;
  • B2B müştərilərimizin sorğularını qəbul etmək və cavablandırmaq;
  • 10+ qlobal brend ilə iş təcrübəsi.

Namizədə dair tələblər

  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Təşəbbüskar, işgüzar və sahibkar düşüncə tərzi;
  • Azərbaycan və rus dilində səlis yazma bacarığı (İngilis dili bilikləri arzuolunandır)
  • Marketinq üzrə Ali təhsil üstünlükdür;
  • ⁠Kreativ düşünmə qabiliyyəti;
  • Analitik düşünmə, ünsiyyət qurma bacarığı;
  • Ofis proqramlarında işləmə bacarığı: Google Docs, Google Sheets, Google Slides;
  • Təqdimat hazırlama bacarığı

Ofis şəhərin mərkəzində, Nizami küçəsinin (Torqovaya) yaxınlığında yerləşir.

 Təcrübəçi ilə şirkət arasında 2 aylıq müqavilə bağlanacaq. 

Təcrübə başa çatdıqdan sonra yüksək nəticə göstərildiyi halda daimi iş təklifi oluna bilər (Şirkətdə mövcud vakansiya olduğu halda).

Qeyd olunan tələblərə uyğun namizədlər fotoşəkilli CV faylını “Təcrübəçi” başlığı ilə aşağıda əlavə edilmiş e-mail ünvanına göndərə bilərlər.

Müraciət və daha ətraflı məlumat üçün
[email protected]
+994 99 320 30 00

İşəgötürənin reytinqi

İnfluencer.az tərəfindən digər vakansiyalar