Marketinq sahəsində layihə meneceri üzrə öyrənmək və təcrübə qazanmaq istəyən keçən il və cari ilin bakalavr məzunlarını təcrübə proqramımıza dəvət edirik. 🚀
Biz kimik? 🔎
Influencer Azerbaijan olaraq 2022'ci ildən brendlərin hədəflərinə çatması üçün əsas influenser marketinq olmaq üzrə 360º fəaliyyət göstəririk. Bu müddət ərzində həm yerli, həm də beynəlxalq markalarla uğurlu əməkdaşlıqlar qurmuşuq, müxtəlif kampaniyalar və layihələr həyata keçirmişik.
Brendlərə təklif etdiyimiz xidmətlər arasında influenser seçimi, kampaniya strategiyasının hazırlanması, sosial media və məzmun idarəsi və s. yer alır.
Öhdəlikləriniz və tələblər 🤓
• Məsuliyyətli, öyrənməyə və araşdırmağa həvəsli olmaq;
• İngilis və rus dilində yüksək yazı və özünü ifadə (Qlobal brendlər üçün);
• Menecerlərimizə gündəlik işlərdə dəstək vermək;
• Layihələrin izlənməsi və hesabatların hazırlanmasında iştirak etmək;
• Komanda daxili kommunikasiya və koordinasiyanı təmin etmək;
• Tapşırıqların icrasını izləmək və vaxtında məlumat vermək;
Biz nə təklif edirik? ✌🏻
• Real layihələrdə praktiki təcrübə;
• Yerli və beynəlxalq brendlərlə əməkdaşlıq imkanı;
• Kreativ yanaşma bacarıqlarını inkişaf etdirmək üçün sərbəst mühit;
• Uğurlu performans halında daimi iş fürsəti;
• Müştərilərlə birbaşa kommunikasiya;
Təcrübəçi ilə şirkət arasında ödənişli əsaslarla, əmək qanunvericiliyinə uyğun müqavilə bağlanır, nahar və yol xərci üçün 150 AZN təmin edilir. Təcrübə başa çatdıqdan sonra yüksək nəticə göstərən iştirakçılara daimi iş imkanı fürsəti verilir. Proqram həftəiçi 5 gün, saat 11:00 – 17:00 aralığında ofisdə keçirilir.
Müraciət etmək üçün linkə daxil olub, məlumatları doldura bilərsiniz: https://forms.gle/5tfwmVt2vceyciUW9