Copywriter (Intern Paid)

  • İnfluencer.az
  • Elanın qoyulma tarixi: 16.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yaratmaq istəyirsənsə, ilk cümləni biz verək! ✍🏼

Çox əla fikirlərin olduğunu, sosial mediada izlədiyin videoya “başqa formada çəkilsəydi daha yaxşı olardı” dediyin anlar çoxdursa, səni ölkənin ən qabaqcıl influenser marketinq agentliklərindən birində təcrübə proqramına müraciət etməyə dəvət edirik.

Səndən nə gözləyirik? 🤓

  • Yaradıcı və çevik düşüncə tərzi;
  • Azərbaycan dilində yüksək yazı və özünü ifadə (Xarici dil biliyi üstünlükdür);
  • Məsuliyyətli, öyrənməyə, araşdırmağa həvəslilik;
  • Komanda ilə işləmək bacarığı;

Biz nə təklif edirik? 🤩

  • Real layihələr üzərində işləmə imkanı;
  • Yerli və beynəlxalq brendlərlə praktiki əməkdaşlıq;
  • Yazdığın məzmunların nəticəsini izləmə və təhlil etmə fürsəti;
  • Kreativ və dinamik komanda;

 

Təcrübəçi ilə şirkətimiz arasında ödənişli əsaslarla qanunvericiliyə uyğun müqavilə bağlanılır. Nahar və yol xərci (150 AZN) şirkət tərəfindən qarşılanır. Təcrübə başa çatdıqdan sonra yüksək nəticə göstərildiyi halda daimi iş təklifi oluna bilər. Təcrübə proqramı həftəiçi 5 gün, saat 11:00 - 17:00 aralığında ofis daxilində nəzərdə tutulub.

Ötən və bu ilin bakalavr məzunları müraciət edə bilər. Müraciət etmək üçün linkə daxil olub, məlumatları doldura bilərsiniz: https://tinyurl.com/influenceraz

İşəgötürənin reytinqi