Mal-material/ Avadanlıq və Xidmət üzrə Satınalma Şöbəsinin Rəhbəri

  • Avrora
  • Elanın qoyulma tarixi: 18.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Sifarişlərin satınalma proqramı üzərindən cavabdeh əməkdaşlara yönəldirilərək izlənilməsi; 
  • Satınalma proqramı üzərindən təsdiqə gəlmiş sifarişlərin və alternativ təkliflərin müqayisə edilərək təsdiq edilməsi;
  • Proqram üzərindən daxil olan müqavilələrin Hüquq şöbəsinə getmədən öncə şirkətin mənfəətinə uyğun şərtlərinin yoxlanılması;
  • Müqavilə öhdəliklərini pozduqları təqdirdə istehsalçılar və təchizatçılarla işlərin təşkil edilməsi, bu tələblərin həllinin izlənilməsi; 
  • Müştəri tələbindəki dəyişiklikləri, mövsümi dalğalanmaları, satış müddətlərini, müəyyən qida məhsullarının istehsalındakı vəziyyəti və digər zəruri amilləri nəzərə alaraq satınalma siyasətinin (sifarişlərin, tədarükün şərtləri) əlaqələndirilməsinə nəzarətin edilməsi və təmin edilməsi;
  • Şirkətin risklərdən mühafizəsinə, ən əlverişli ödəniş və çatdırılma şərtləri ilə təmin olunmasına nəzarət edilməsi; 
  • Təqdim olunmuş alış rəqəmləri əsasında təchizatçı araşdırmasına nəzarət edilməsi;
  • Tender proseslərinin təşkil edilməsi, icrasının təqibi və nəticələrinin komissiyaya təqdim edilməsi;
  • Dəyəri yüksək olan tələblərlə bağlı tədarükçülərlə görüş/ziyarətlərin təşkil edilməsi; 
  • Satınalma fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi ilə sifarişlərin zamanında çatdırılmasının təmin edilməsi; 
  • Şöbədəki əməkdaşların “deadline” çərçivəsində fəaliyyət göstərmələrinin təmin edilməsi; 
  • Təşviq proqramının tələblərinə əsasən satınalma proseslərinin icrasının təşkil edilməsi;
  • Satınalmaya aid beynəlxalq təcrübənin və ən son yanaşmaların izlənilməsi, şirkətdə tətbiqi üçün təkliflərin hazırlanması.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

  • Ünsiyyət bacarığı;
  • İdarəetmə bacarığı;
  • Nəticəyönümlülük;
  • Analitik düşüncə;
  • Punktuallıq;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • İngilis dilini yüksək səviyyədə bilməli, rus dili biliyi arzuolunandır;
  • CIPS sertifikatının olması üstünlükdür;
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C..

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mal-material/ Avadanlıq və Xidmət üzrə Satınalma Şöbəsinin Rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi