Avtomatlaşdırma və elektronika üzrə mühəndis

  • Avrora
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə salınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
  • İstehsalatda avtomatika və elektronika ilə bağlı problemlərin həll edilməsi;
  • Prosses xətalarının analiz edilməsi və həmin zaman ərzində prossesin müşahidə edilməsi;
  • İstehsal sahəsində quraşdırılmış nəzarət və ölçü cihazları (İnstrumentation and Control Devace) ilə müstəqil işləməyi bacarmalı;
  • Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
  • Elektron dövriyyələrdəki aktiv və passiv elektron elementlərini əzbər bilməli və platalarda baş verən nasazlıqları diaqnostika etməyi bacarmalı; 
  • İstehsalatın davamiyyətini təmin etməli və alternativ variantları təklif etməyi bacarmalı;
  • Gün ərzində görülən işlərlə bağlı rəhbərliyin məlumatlandırılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Yaxşı səviyyədə PLC  (Simatic S7 tələb olunur), TIA portal, WinCC flexible, biliyinin olması ;
  • Sənayə proqramları (ASi, Profinet, Ethernet) haqqında bilik üstünlükdür;
  • SCL, ST-də proqramlaşdırma (tələb olunur);
  • C#, ASP.Net bilik və təcübəsinin olması;
  • SQL bilməsi və databese ilə işləməyi bacarmalı;
  • Diqonistika cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • İstehsal sahəsində çalışma imkanının olması.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali bakalavr (texniki sahə üzrə); 
  • İş təcrübəsi: Tələb olunan sahə üzrə 3-5 il (İstehsal sahəsi üzrə təcrübə üstünlükdür); 
  • Rus və ingilis dili biliklərinin olması arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki:  Tam iş günü ( 5 gün);
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs.);
  • Servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Karyera perspektivləri;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Avtomatlaşdırma və Elektronika üzrə Mühəndis”yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi