Təchizat və satınalma şöbəsinin mütəxəssisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;
  • Ofis proqramları üzrə biliklər;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Problem həlletmə bacarığı.

Görəcəyiniz işlər: 

  • Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
  • Malların (işlərin və xidmətlərin) satınalınması üzrə bağlanmış müqavilələrin icrasına nəzarət;
  • Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Dövlət satınalmaları ilə bağlı məktubların hazırlanması;
  • Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 26.03.2024-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.