İşin təsviri
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;
- Ofis proqramları üzrə biliklər;
- Vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
- Tenderin əsas şərtlər toplusunun hazırlanması;
- Dövlət satınalmalarının vahid internet portalında elanların dərc olunması;
- Malların (işlərin və xidmətlərin) satınalınması üzrə bağlanmış müqavilələrin icrasına nəzarət;
- Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
- Dövlət satınalmaları ilə bağlı məktubların hazırlanması;
- Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 26.03.2024-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.