Biznes Proseslərinin inkişafı üzrə Layihə meneceri

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il (Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsultantlıq sahəsində)
  • Microsoft Office (MS Excel,Word Power Point, MS Visio)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
  • Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (Six Sigma,Yellow Belt);
  • SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Problemləri həll etmək bacarığı olmalı.

Vəzifə öhdəlikləri:

  • Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin incələnməsi və tələbin müəyyənləşdirilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tələblərin görülməsi biznes proseslərinin monitorinqinin keçirilməsi;
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
  • Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metadologiya və alətlərdən istifadə edərək biznes proses modelləri yaratmalı;
  • Biznes proseslərinin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədələrin hazırlanması və yenilənməsi;
  • Birbaşa rəhbərin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi  və sorğu əsasında hesabatın təqdim edilməsi;
  • Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
  • Dəyişikliklərin effektiv həyata keçirilməsinin təmin edilməsi üçün müxtəlif şöbələr və idaretmə  səviyyələri ilə koordinasiya və əməkdaşlıq edilməsi;
  • Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri: Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Biznes Proseslərinin inkişafı üzrə Layihə meneceri” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi