Marketinq üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazar rəqabətini düzgün analiz etmək və araşdırmaq;
  • Biznesin inkişafı üçün kreativ təkliflər irəli sürmək; 
  • Sərnişin daşımalarına olan təlabatı artırmaq məqsədilə bu sahədə yerli və xarici bazarı öyrənmək, təhlillər aparmaq və əlavə müştərilərin cəlb olunması tədbirlərini görmək;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsulların xidmət reklamını təşkil etmək; 
  • Şirkətin marketinq və media planlarının hazırlanmasında və reallaşdırılmasında iştirak etmək; 
  • Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etmək; 
  • Öhdəliyində olan kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində hesabat hazırlanmaq; 
  • Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazırlanmasında iştirak etmək, təhlillər aparmaq.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 2-3  il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (yaxşı);
  • Biznesin idarə olunması və təşkilinə dair biliklərə sahib olmalı;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalarını yaxşı bilməli.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 26.03.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.