Satış nümayəndəsi (Salyan, Saatlı, Sabirabad)

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Sürücülük bacarığı.
  • Orta təhsil/Ali təhsil; 
  • Fərdi və komanda şəklində işləmək;
    Vəziyyəti düzgün qimətləndirmək; 
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
  • Sürücülük vəsiqəsi ( Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması mütləqdir)
  • İşdə düzgünlük; 
  • Operativlik; 
  • Məsuliyyətlilik və diqqətçillik; 
  • Şəffaflıq və davranış qaydaları tələblərinə malik olmaq; 
  • Microsoft Office proqramlarında işləmək bacarığı. 

Vəzifə öhdəlikləri:

  • Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırmaq;
  • Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə  müştərilər axtarmaq və cəlb etmək;
  • Marketinq materiallarını yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
  • Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək;
  • Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məhsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq;
  • Real müştərilərin kredit müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara kredit alınma prosesi barədə ətraflı məlumat vermək;
  • Hər hansı bir potensial problem barədə birbaşa rəhbərinə vaxtında və dəqiq məlumat vermək;
  • Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatını etmək;
  • Digər lizinq təşkilatlarının daxil olduğu ərazilərdə fəaliyyətinin təhlilini aparmaq;
  • Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
  • Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 442 AZN ( gross) əlavə olaraq aylıq ərazi satış planına əsasən bonus;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Yanacaq və Amortizasiya xərcləri qarşılanır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi