Aparıcı Mühasib

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatı:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Debitor-kreditor borcların təhlili və hesablaşmalar:
  • Satış datalarının təhlili;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Mənfəətin aylıq, rüblük, illik planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi;
  • Aylıq, rüblük, yarımillik, illik menecment maliyyə hesabatlarının tərtib edilməsi və təhlili;

Tələblər:

  • Güclü analitik bacarıqlar
  • Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların ACCA F3, F7 olması, F9 sertifikatının olması üstünlükdür
  • İş təcrübəsi: Minimum 2-3 il iş təcrübəsi 
  • Təhsili: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil
  • IT bilikləri: Peşəkar səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli, Power BI bilikləri üstünlükdür

İş şəraiti:

  • Ölkənin qabaqçıl və aktiv inkişaf edən Veliev MMC şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Qanunvericiliyə uyğun sənədləşdirmə
  • Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir
  • Davamlı karyera inkişafı

Ünvan: Sumqayıt şəhəri

Vakansiyaya müraciət üçün CV-nizi “Aparıcı Mühasib" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.