Compliance Specialist

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 11.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsasə vəzifə öhdəlikləri hansılardır?

  • FINCA Azərbaycan (FAZ) və Qlobal Komplayens Mütəxəssisi (GCO) arasında qarşılıqlı əlaqəni təmin etmək.
  • ƏL/TM Siyasəti, KYC (Öz müştərini tanı) Prosedurlarının həyata keçirilməsi, Şübhəli Fəaliyyətin araşdırılması və hesabatı və ƏL/TM Siyasəti çərçivəsində təlimlər üzrə FAZ əməkdaşlarına dəstək və nəzarətin təmin edilməsi
  • Şübhəli Fəaliyyətləri araşdırmaq, müvafiq tədbirləri həyata keçirmək və bu cür Şübhəli Fəaliyyətlər və reaksiyalar barədə Daxili Nəzarət və Komplayens Şöbəsinin Rəhbərinə, GCO-ya və Qanunvericiliklə tələb olunan istənilən quruma məlumat vermək.
  • Avtomatik Baxış Əməliyyatları və Şübhəli Fəaliyyətlərin təriflərinə cavab verən bütün əvvəlki rüb əməliyyatlarını ümumiləşdirən rüblük hesabatları Daxili Nəzarət və Komplayens Rəhbərinə təqdim etmək.
  • FAZ-ın müqavilə bağladığı bütün müştərilərin, təchizatçıların, qurumların və ya fiziki şəxslərin yoxlanış nəticələri, habelə müəyyən edilmiş hər hansı məsələlər haqqında hesabat vermək. Görüləcək işlərin siyahısı dərhal bildirmək və rübdə bir xülasə və ya əlavə hesabat göndərmək.
  • FAZ tərəfindən təklif olunan hər bir məhsul üçün Əməliyyat Xərclərinin Səviyyəsini təsdiqləmək və FAZ tərəfindən təklif olunan bütün yeni məhsul(lar) üçün Əməliyyat Xərclərinin Səviyyəsini təsdiqləmək məqsədilə ən azı iki ildən bir GCO ilə əlaqə saxlamaq.
  • Komplayens mütəxəsissi FATCA (Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) tələblərinə uyğun olaraq FAZ-ı dəstəkləməlidir və lazım olduqda FATCA mütəxəssisi kimi fəaliyyət göstərməlidir.
  • FAZ-ın biznes fəaliyyəti ilə bağlı uyğunluq risklərini, o cümlədən yeni məhsulların və biznes təcrübələrinin inkişafı, təklif olunan yeni biznes növlərinin və ya müştəri münasibətlərinin yaradılması və ya bu münasibətlərdə əhəmiyyətli dəyişikliklərinin müəyyən edilməsi, sənədləşdirilməsi və qiymətləndirilməsi.

Təhsil və təcrübə:

  • İqtisadiyyat, İdarəetmə, Hüquq və ya oxşar sahə üzrə ali təhsil

Tələb olunan xüsüsiyyətlər:

  • Komplayens, risk, daxili nəzarət, audit və ya hüquq sahələrində 1 il iş təcrübəsi (maliyyə təşkilatları və audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir)
  • ƏL/TM Qanunu, həmçinin maliyyə təşkilatlarına şamil olunan digər hüquqi aktlarla bağlı biliklər (Komplayens və ƏL/TM sahəsi üzrə sertifikata malik olan namizədlərə üstünlük verilir).

Tələb olunan bacarıqlar:

  • Analitik yanaşma
  • Etibarlılıq
  • Tənqidi düşüncə
  • Fərdi olaraq və komanda ilə işləmək bacarığı
  • Davamlılıq/Dəqiqlik

Dil bilikləri:

  • Azərbaycan dili – səlis
  • İngilis dili - yaxşı
  • Rus dili biliyi arzuolunandır.

Kompüter bacarıqlar:

  • MS Proqramları üzrə yaxşı bilik

İşəgötürənin reytinqi