Daxili audit və nəzarət şöbəsinin Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Audit zamanı aşkar edilən məsələlərin müzakirəsində iştirak edir və müvafiq qaydada həll yollarına dair təkliflər verir;
  • Audit olunmalı sahədə audit testlərini həyata keçirir, məruzə ediləsi məsələləri və riskin ölçülərini təyin edir; 
  • Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində yoxlama qrupunun tərkibində audit yoxlamalarında iştirak edir;
  • Riskyönümlü audit proqramlarını tərtib edir və müvafiq qaydada şöbə müdirinə təqdim edir;
  • Yoxlamaların həyata keçirilməsi zamanı aşkar edilmiş nöqsanları rəsmiləşdirir;
  • Audit yoxlaması üçün tələb olunan sənədlərin təhvil-təslimini həyata keçirir; 
  • Audit yoxlamasının nəticələri üzrə sənədləri arxivləşdirir;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

  • Ali təhsil (audit, hüquq və ya iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 2 il iş stajı;
  • “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
  • Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
  • Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
  • Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dilini səlis və ingilis dilləri  arzuolunandır;
  • Yaş həddi 25-40 aralığı;
  • Yüksək korporativ ünsiyyət bacarığı.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsi – Mütəxəssis) qeyd edin.

Vakansiya üzrə müraciətin son müddəti: 31 mart 2024-cü il.