SƏTƏM üzrə mütəxəssis

  • Enter Engineering
  • Elanın qoyulma tarixi: 11.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etmək.
  • Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə,podratçılara, qonaqlara əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • Işçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək
  • Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmə.
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək.

Vakansiya üzrə tələblər:

  • Ali texniki təhsilinin olması;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • SƏTƏM sahəsi üzrə sertifikatların olması;
  • Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Azərbaycan, rus dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bilməlidir;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;.
  • İlkin tibbi yardım üzrə biliklər
  • Təlükəsizlik və yanğınsönürmə texnikası üzrə biliklər

İş şərtləri:

  • İş yeri: Bakı ş.,
  • İş qrafiki: 6 günlük iş qrafiki, saat 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı 1000-1200