Müştəri məmnuniyyətinin artırılması üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəri vəkilliyi: Müştərilərin maraqlarını və hüquqlarını müdafiə etmək.
  • Mürəkkəb işin həlli: Müxtəlif mənbələrdən yaranan mürəkkəb və kritik vəziyyətlərin təhlili və onların həlli üçün lazımi addımların atılması. 
  • Kompensasiya qərarının qəbul edilməsi: Problemli vəziyyətlərin təhlilinin nəticələrinə əsasən müştərilər üçün kompensasiya ədalətliliyinin qiymətləndirməsi. 
  • Xarici strukturlarla qarşılıqlı əlaqə: Antiinhisar orqanlarından məktubların qəbulu və cavablandırılması, problemlərin həlli və müştəri təcrübəsinin yaxşılaşdırılması üçün müxtəlif strukturlarla dialoqun aparılması.
  • Şikayətlərin təhlil edilməsi: Daxil olan şikayətləri hərtərəfli təhlil etmək, xidmətdə olan maneələri müəyyənləşdirmək və onların təkmilləşdirilməsi üçün tədbirlər təklif etmək. 
  • Proseslərin təkmilləşdirilməsi üçün təkliflər: Müştəri təcrübəsinin optimallaşdırılması, proseslərdə müəyyən edilmiş çatışmazlıqlar, həmçinin texniki problemlər və məlumatların verilməsində qeyri-dəqiqliklər üçün rəhbərliyə və müvafiq şöbələrə təkliflər vermək.
  • Komanda Rəhbəri və CX rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirlməsi. 

Namizədlər üçün tələblər:

  • Çağrı Mərkəzində və ya oxşar müştəri xidməti mühitində iş təcrübəsi.
  • Yüksək fəaliyyət şəraitində səmərəli işləmək və mənfi təcrübələri olan müştərilərlə ünsiyyət qurmaq bacarığı. 
  • Azərbaycan və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Microsoft Office proqramları (Word, Excel, Outlook, Power Point) üzrə peşəkar biliklər.
  • Ünsiyyət bacarıqları və müştərilər qarşısında güclü məsuliyyət hissi.

Şərtlər:

  • Peşəkarlardan ibarət olan komandada işləmək
  • AR Əmək Məcəlləsinə uyğun qeydiyyat 
  • Limitli korporativ nömrə
  • Peşəkar inkişaf imkanları 
  • Müasir texnologiyaya malik ofis
  • Növbəli iş qrafiki  

Siz DəyərliSən platformasına çıxış əldə edəcəksiniz! DəyərliSən, xüsusi olaraq PAŞA Qrupun əməkdaşları üçün nəzərdə tutulmuş və istifadəçilərə xüsusi üstünlüklər təqdim edən loyallıq proqramı məhsuludur. Istifadəçilər onlara verilən xüsusi kod vasitəsilə qeydiyyatdan keçə və xüsusi imtiyazlardan istifadə edə bilərlər.

Namizədlərdən CV-lərini “Müştəri məmnuniyyətinin artırılması üzrə mütəxəssis ” başlığı ilə azərbaycan və ya rus dilində elektron ünvanına göndərmələri xahiş olunur.