Aparıcı Mühasib

  • AZERMASH
  • Elanın qoyulma tarixi: 11.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri: 

  • Bütün mühasibatlıq əməliyyatları üzrə daxili və xarici,mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin aparılması
  • Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması, ödənilməsi  eyni zamanda DSMF və Statistika hesabatlarının aparılması
  • Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərinin hesablanması.Təmir xərclərinin qüsur-quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının aparılması
  • 1C proqramında sərbəst işləmək təcrübəsi (istehsal (xüsusilə) və satış və s, e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək)
  • ƏDV,ÖMV,Sadələşmiş,Torpaq,Əmlak vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyəti quruma göndərilməsi
  • Mənfəət və Gəlir vergisi bəyannamələrinin hazırlanması
  • Gəlir, xərc , balans hesablanması
  • Baş mühasibin tələb etdiyi operativ məlumat və hesabatların hazırlanması

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə təhsil
  • Mövcud sahədə ən az 3-5 il təcrübəsi
  • MS Office, xüsusilə Excel bilikləri
  • 1C proqramında sərbəst işləmə bacarığı (əla)
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Rus dili (arzuolunandır)
  • Cins : qadın
  • Analitik düşünmə qabiliyyəti

Şərtlər:

  • İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri- Tbilisi prospekti
  • Əmək haqqı 1200 (başlanğıc)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; 

CV-ləri mail ünvanına göndərməyiniz xahiş olunur.