Tikintinin yoxlanışı üzrə təcrübə proqramı

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Yeni nəslin telekommunikasiya xidmətləri üzrə GPON şəbəkəsinin tikintisinə nəzarət edilməsi
  • GPON layihəsinin icraçı tərəfindən tərtib olunmuş icra eskizinin yerində icra edilmiş işlərlə uyğunluğunun yoxlanılması
  • Rabitə qurğularının layihəyə uyğun tikilməsinə nəzarət edilməsi
  • İcra olunmuş iş həcmlərinin hesablanması və aktlaşdırılması
  • Kənarlaşma nəticəsində iş həcmlərində yaranan fərqlərin qeydiyyata alınması
  • İcraçı tərəfindən tərtib olunmuş icra eskizinin yerində icra edilmiş işlərlə uyğunluğunun yoxlanılması
  • Optik liflərin paylanma sxemləri əsasında icra olunmasının yoxlanması və paylayıcı qutularda olan siqnalların “ölçü protokoluna” uyğunluğunun yoxlanması
  • İcra olunmuş işlərin texniki norma və tələblərə uyğunluğunun yoxlanılması
  • Tikinti zamanı buraxılmış xətaların qeyd edilməsi
  • Layihələr üzrə tikilmiş şəbəkənin (maqistral və paylayıcı hissələr) qəbul sənədlərinin (qovluq şəkilində) yoxlanılması

Tələblər:

  • Təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil
  • Analiz və təhlil etmə bacarığı
  • Dil bilikləri: Azərbaycan-əla, Rus-orta, İngilis-orta
  • MS Office (Word, Excel) proqramlarını bilməlidir
  • Komandada işləmə bacarığı
  • Operativ,dəqiq və sürətli işləmə bacarığı
  • Tikinti sahəsi üzrə həcmlərin hesablanması üzrə biliklər
  • Məsuliyyətlilik
  • AutoCad,Map maker proqramını bilməsi üstünlükdür

Qeyd 1: Təcrübə proqramı müddətində iş saatları tam gün (full-time) təşkil edəcəkdir.

Qeyd 2: Təcrübə proqramı ödənişlidir.

Qeyd 3: Təcrübəçilərin ezamiyyətlər üçün uyğun olması vacibdir.

İşəgötürənin reytinqi