Bankın İnsan Resursları və İşlər İdarəsinin Arxivinin kiçik arxivçisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 06.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Bankın struktur bölmələrindən təhvil verilən icra müddəti başa çatmış sənədləri “ASC “Xalq” Bankında arxiv işinin aparılmasına dair Qaydalar”ına  uyğun olaraq arxivə qəbul etmək;
  • Bankın işçilərinin sənədlərin arxivləşdirilməsi ilə bağlı yaranmış suallarını ətraflı şəkildə cavablandırmaq və ehtiyac yarandığı halda məsləhətlər vermək;
  • Aidiyyəti struktur bölmələrinin müraciətinə əsasən onlara müvəqqəti istifadə üçün arxiv sənədlərini “ASC “Xalq” Bankında arxiv işinin aparılmasına dair Qaydalar”ına uyğun olaraq təqdim etmək;
  • Bankdaxili normativ aktlarda müəyyən olunmuş və icrası ona həvalə olunmuş vəzifələri vaxtında və nöqsansız icra etmək;
  • Şöbə rəisinin və idarə rəisinin şöbənin, habelə idarənin ümumi fəaliyyəti ilə əlaqədar ona tapşırdığı işləri yerinə yetirmək;
  • Vəzifə öhdəliklərinin icrasına, o cümlədən informasiya təhlükəsizliyi, əməyin mühafizəsi, nizam-intizam (əmək və icra intizamı) qaydalarına aid Bankın və Azərbaycan Respublikasının normativ aktlarını dərindən mənimsəmək və onlara əməl etmək;
  • Vəzifə öhdəliklərinin icrası zamanı ona məlum olan Bank və kommersiya sirrini qorumaq.

Tələblər:

  • Ali təhsil;
  • Hərbi xidmət keçmiş, hərbi xidmətə çağırışa möhlət hüququ və ya çağırışdan azad olmalı (kişilər üçün);
  • Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər.
  • Arxiv terminlərini bilməli;
  • Sənədlərin arxivləşdirilməsi ilə bağlı aidiyyəti idarə və filiallara müvafiq məsləhət və tövsiyələrin vermə qabiliyyətinə malık olmalı;
  • İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
  • Komandada işləməyi bacarmalı;
  • Məsuliyyətli, dürüst və etibarlı olmalı;
  • Ünsiyyətcil və təşəbbüskar olmalı;
  • MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
  • Arxiv işi üzrə, habelə əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan digər sahələr üzrə qanunvericilik aktlarını və bankdaxili normativ aktları, sənədlərin arxivə qəbul edilməsi, onların istifadəsi və mühafizəsi qaydalarını, o cümlədən kargüzarlıq işinin əsaslarını bilməlidir.

İşəgötürənin reytinqi