İşə qəbul üzrə aparıcı mütəxəssis

İşin təsviri

Təsvir:

  •  Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
  •  Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • CV-lərin nəzərdən keçirilməsi, namizədlərin seçilməsi, müsahibənin aparılması, namizədlərin bacarıqlarının qiymətləndirilməsi və uyğunluq əsasında tövsiyələrin verilməsi;
  • İşə qəbul prosesinin müxtəlif mərhələlərində namizədlərlə müsahibələr aparılması (telefon müsahibələri, video müsahibələr və üz-üzə görüşlər);
  • Ehtiyac olarsa, namizədlərin bacarıqlarının qiymətləndirilməsi üçün alət və testlərdən istifadə edilməsi;
  • Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərilməsi;
  • Təsdiqlənmiş namizədlərə iş təkliflərinin təqdim olunması;
  • Namizəd haqqında zəruri məlumatların və sənədlərin toplanması;
  • Müsbət işəgötürən reputasiyası yaratmaq məqsədilə daxili və xarici kommunikasiyalara nəzarət edilməsi;
  • İşə qəbul olan namizədlərin hesabatlarının hazırlanması;
  • Gələcək vakansiyalar üçün potensial namizədlər haqqında məlumat bazasının yaradılması və saxlanması.

Tələblər:

  • İşə qəbul üzrə 3 il iş təcrübəsi;
  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Operativ qərar vermə və analtik düşüncə;
  • Komanda daxilində işləmək və komanda fəaliyyətini koordinasiya etmək bacarığı;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarığı;
  • ATS (Applicant tracking system) təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili mükəmməl səviyyədə.

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Heydər Əliyev adına Hava Limanı

İşəgötürənin reytinqi