İstehsalat üzrə operator

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 04.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Tələblər: 

  • Təhsil : Ali və ya orta texniki peşə təhsili (istehsalat sahəsində təhsilli olmaq məqsədə daha uyğundur);
  • Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Komanda ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Gündəlik istehsal olunacaq sifarişlərin avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırılması və istehsal prosesinin başladılması;
  • İstehsalat zamanı dəzgahlarda yaranan texnoloji problemlərin analiz edilməsi;
  • İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət edilməsi;
  • Nəzarət etdiyi istehsal avadanlıqlarının işləmə prinsiplərini, tərtib olunmuş qrafik əsasında qulluq qaydalarına riayət etmək, onların hər iş gününün sonunda təmizlənməsini təmin edib növbəti iş gününə hazır etmək

İş şəraiti: 

  • İş yeri: Sulutəpə qəsəbəsi
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 
  • Nahar Şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı 750 – 850 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə operator” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.