İşə qəbul üzrə aparıcı mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 02.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İşə qəbul sahəsində ən azı 2 il iş təcrübəsi olmalı; 
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate), Rus dili (arzuolunandır);
  • Yaxşı səviyyədə MS Excel bilikləri;
  • İşə qəbul sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə olmalı;
  • Analitik düşüncə və problem həlletmə bacarmalı;

Vəzifə öhdəlikləri:

  • İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət etmək;
  • İşə qəbul planın icrası ilə bağlı bütün növ hesabatların hazırlanmasını təmin etmək;
  • Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlərin siyahıya almaq;
  • İlkin və panel müsahibələri təşkil etmək;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlamaq;
  • Karyera sərgilərində və əmək yarmarkalarında iştirak etmək;
  • İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq

Müraciət etmək üçün karyera platformasında şəxsi kabinet yaradaraq müvafiq vakansiya üzrə müraciətinizi ünvanlaya bilərsiniz.

İşəgötürənin reytinqi