Daxili satınalma üzrə mütəxəssis

  • Puva Construction
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Yeni təchizatçıların tapılması və qiymət, keyfiyyət uyğunluğunun təmin edilməsi;
  • Tədarükçü şirkətlərlə danışıqların aparılması ;
  • Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
  • Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
  • Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan materialları rəsmiləşdirmək, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın, ehtiyat hissələrin alınmasını və saxlanmasını təşkil etmək.
  • Filial daxilində və sahələrdə işçilərin lazımi avadanlıqlarla təchiz etmək;

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Satınalma prosedurunu bilmək;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Daxili bazarı tanımaq.

İş yeri: Bakı şəh., Təbriz küçəsi 79

İş qrafiki: I -V günlər

İş saatı: 09:00-dan 18:00-a 

Koorporativ nömrə ilə təmin olunur.

Əmək haqqı: 1000-1200 azn

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Daxili satınalma üzrə mütəxəssis” adını qeyd edərək e-mail ünvanına CV-ni göndərməkləri xahiş olunur.