Katibə-referant

  • Agrofert
  • Elanın qoyulma tarixi: 29.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
  • Mütəmadi olaraq təşkilatın elektron ünvanına daxil olan məktubları təqib etmək, prioritetə görə qeydlərini aparmaq və lazımı ünvana yönləndirmək
  • Ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və bu kimi digər inzibati işlərdə dəstək göstərmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək
  • İclasların, müvafiq tədbirlərin təşkili prosesində iştirak etmək
  • İclas otaqlarının cədvəlinin qurmaq və nəzarət etmək
  • Sosial səbəkələrdən gələn müraciətlərin qeydiyyatı və ötürülməsi
  • Qaynar xətt zənglərinin cavablandırılması, lazımi şöbələr üzrə ötürülməsi, xidməti məlumatların və şikayətlərin qeydə alınması, şirkətin rəhbərliyinə təqdim edilməsi
  • Müştəri məmnuniyyətinin yoxlanılması məqsədilə (satış, servis xidmətləri) üzrə rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
  • Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən yazışmalar, sənədlərin qeydiyyatı, saxlanılması və arxivləşdirilməsi
  • Məktubların göndərilməsi (poçt, kuryer xidmətləri: DHL və s.)
  • Dövlət təşkilatları üçün məktub, sorğu və şirkətin fəaliyyəti ilə bağlı digər sənədlərin hazırlanması.
  • Rəhbərin tapşırığı ilə müştəri və təchizatçılarla əlaqə yaratmaq və danışıqlar aparmaq.
  • Ofis malları ilə (ofis texnikası,dəftərxana, təssərrüfat və s.) təminatı işinin təşkili və həyata keçirilməsi
  • Promo malların, kataloq, broşürlar, firma blankı, zərf və vizit kartların sifarişi və təşkili
  • Qonaqların qarşılanması (biletlərin sifarişi, otellərin rezervasiyası, avtomobillərin icarəsi, hədiyyələrin təşkili, çay, kofe, su təqdim olunması)

Namizədə tələblər:

  • Yalnız xanım namizəd
  • Yaş həddi: 21-35
  • Azərbaycan dilində səlis, rus və ingilis dilindən birini sərbəst danışmaq
  • Komandada işləmə bacarığı;
  • İşgüzar, təşəbbüskar, gülərüz və problemləri həll etmək bacarığı
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə bacarığı
  • Səliqəli, xoş görünüşlü və ünsiyyətcil
  • İşində məsuliyyətli, dürüst və dəqiq
  • İşgüzar münasibət etikası

İş şəraiti:

  • İş qrafiki: 5 gün tam, Şənbə günü qısaldılmış iş günü (Bazar günü istirahət günü)
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • Ünvan : Bakı şəh., Nizami rayonu, Heydər Əliyev prospekti, Baku City Residence

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini Katibə-referant qeyd etməklə e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Agrofert tərəfindən digər vakansiyalar