Universal Aşpaz

İşin təsviri

İş barədə məlumat:

  • 5 və ya 4 ulduzlu oteldə iş stajı mütləqdir
  • Açıq bufet, banket menyular haqda anlayışı olmalı
  • Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməli
  • Kompüter bilikləri: Micros
  • Yeməklərin dadının ləzzətli olmasına və təqdimatın düzgün verilməsinə riayət etmək
  • Menyudakı yeməkləri reseptlərə uyğun olaraq hazırlamaq
  • Hər növ yeməkələrin hazırlanmasında məlumatlı olmaq /Avropa/Milli 
  • Yemək keyfiyyətini və qonaqların razılıq səviyyəsini artırmaq
  • İş yerinin və iş avadanlığının təmizliyini təmin etməli
  • İş yerində təhlükəsizlik, sağlamlıq və qida gigiyenası standartlarına riayət edilməsinə dəstək olmaq
  • Vəzifəsinin icrası ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək

Biz sizə nə təklif edirik:

  • Şirkət tərəfindən naharla təmin olunma
  • Həftədə bir gün istirahət günü
  • Gənc və dinamik kollektivdə işləmək fürsəti
  • Təlim, treninq və master-klaslarda iştirak etmə fürsəti
  • Karyera inkişafı fürsəti
  • Şəhərin mərkəzində yerləşən iş yeri (28 may ərazisi, Bakı Dövlət Sirkinin yanı)
  • Parklanma üçün ödənişsiz qapalı məkan
  • AR əmək məcəlləsinə əsasən rəsmi qeydiyyat
  • Əmək haqqı: 600-800

Namizədə tələblər:

  • Liderlik keyfiyyətləri
  • Komandada işləmə bacarığı
  • Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq
  • Xanım və ya bəy namizəd
  • Minimum 2-3 il müvafiq sahə üzrə iş təcrübəsi
  • Məhsuliyyətli, səliqəli və təmizkar olmaq

Tələblərə uyğun gələn namizədlər öz CV-lərini qeyd olunan ünvana yaxınlaşaraq təqdim edə və ya mail adresinə göndərə bilərlər.

Ünvan, Midtown Hotel Baku, Səməd Vurğun 103

Əlaqə nömrəsi: 0123100950, 0552330141

Midtown Hotel Baku tərəfindən digər vakansiyalar