Kredit Mütəxəssisi

İşin təsviri

 

“Vijn Fond AzərKredit” MMC Göyçay, İsmayıllı, Mingəçevir, Yevlax, Ağsu,  Ağdam, Ağcabədi, Sabirabad, Biləsuvar, Salyan, Cəlilabad, Horadiz, Bala-Bəhmənli, Beyləqan, Masallı, Şabran, Şamaxı, Quba və Qaradağ filiallarına KREDİT MÜTƏXƏSSİSİ vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Bazar araşdırmalarını təşkil edir;
• Müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını aparır;
• Kredit ərizələrini qəbul edərək müştərilərin ödəniş qabiliyyətinin təhlilini aparır;
• Girov qismində təqdim olunan əmlakın tədqiqini həyata keçirir;
• Kredit ərizələrini hazırlayaraq kredit komitəsinə təqdim edir;
• Kredit ödənişlərinin monitoriniqini apararaq daimi nəzarətdə saxlayır.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti;
• Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
• Müştərilərlə ünsiyyət qurmaq və onları cəlb etmək bacarığı;
• Təşəbbüskar, analitik düşüncə, qərar qəbul etmə və problemləri həll etmə bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

İş üçün anket formaları 30 yanvar 2014-cü il tarixinədək aşağıda göstərilmiş e-məktub vasitəsilə və ya müvafiq filialın ofisinə təqdim etməklə qəbul olunur. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından və ya müvafiq filialın ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məsələn: Salyan Filialına Kredit Mütəxəssisi) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

QEYD: İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]            Faks: (+994 12) 597 30 39
               [email protected]