Aparıcı mühasib

  • Hikvision Co
  • Elanın qoyulma tarixi: 23.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Bütün mühasibatlıq əməliyyatları üzrə daxili və xarici,mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin aparılması
  • Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması, ödənilməsi  eyni zamanda DSMF və Statistika hesabatlarının aparılması
  • Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərinin hesablanması.Təmir xərclərinin qüsur-quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının aparılması
  • İnternet-banking vasitəsilə bütün bank əməliyyatlarının 1C proqramında aparılması
  • E-taxes,E -New-taxes,Emas,E-gov,E-customs.az portallarından istifadə
  • Tikinti layihələri üzrə material və s. xərclərin texniki hesabat və F2-lər üzrə silinməsi
  • ƏDV,ÖMV,Sadələşmiş,Torpaq,Əmlak vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyəti quruma göndərilməsi
  • Eyni zamanda Mənfəət və Gəlir vergisi bəyannamələrinin hazırlanması
  • E-qaimə fakturaların yazılması, qəbulu və yoxlanılması, 1C proqramında işlərin aparılması
  • Kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Gəlir, xərc , balans hesablanması
  • Direktorun tələb etdiyi operativ məlumat və hesabatların hazırlanması
  • Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığının icrası
  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə. Həftə içi 5 gün  Saat 09:45 -18:45 (şənbə günü qısa iş günüdür) 
  • Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
  • Əmək haqqı:  800 – 1000 manat

Namizədə tələblər:

  • İqtisadiyyat, mühasibatlıq və ya maliyyə üzrə ali təhsil
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
  • Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
  • Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi
  • Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
  • 1C 8.3 kompleks proqramlaşdırma tətbiqi
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
  • Yaş:   25- 40

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.