Satınalma və təchizat üzrə mütəxəssis

  • Hikvision Co
  • Elanın qoyulma tarixi: 28.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, texniki məlumat və qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi
  • Tədarükçülərlə müqavilələrin bağlanması
  • Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması
  • Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 gün Saat 09:45-dən -18:45-dək (şənbə günü növbəli, bir həftədən bir)
  • Əmək haqqı: 1000- 1200 AZN
  • Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Namizədə tələblər:

  • Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir)
  • Səlis azərbaycan dili (rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilir)
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı
  • İT , texnologiyalar haqqında məlumatlara sahib olmaq
  • İşgüzar ünsiyyət etikası
  • Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
  • Komandada işləmək bacarığı
  • İş təcrübəsi: Minimum 3 il  
  • Yaş:   25- 35

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.