IT üzrə Satış koordinatoru

  • Hikvision Co
  • Elanın qoyulma tarixi: 23.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat: 

  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək
  • Rəhbərin verdiyi digər tapşırıqların icra edilməsi.
  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (6-cı gün novbəli, bir həftədən bir)
  • Əmək haqqı: 750 AZN+ bonus (artan əmək haqqı + yüksək bonus)
  • Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Namizədə tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər
  • Yaş : 23 – 35
  • Ofis texnikası ilə işləmə bacarığı (ofis proqramlarında işləmə bacarığı)
  • Mağazada daxili baş verən bütün proseslər barədə Satış rəhbərinə işin gedişatına uyğun olaraq məlumat vermək;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Ali təhsil, kişi\qadın
  • Rus dili (Yaxşı) , İngilis dili (arzu olunan)
  • Satış sahəsi üzrə ən az 1-2 il iş təcrübəsi
  • İT və zəif axın sistemləri haqqında biliklər (avadanlıq, quraşdırılma) videomüşahidə kamera sistemləri, şəbəkə avadanlığı İP və HD TVİ kameralarının satışı sahəsində təcrübə üstünlükdür;
  • Satış sahəsinin nəzəri və praktiki bilikləri.

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit