Operator

İşin təsviri

Vəzifə tərifi:  

Biz Təchizat Sistemləri / İstehsal komandamızın bir hissəsi olmaq üçün Operator axtarırıq.

Vəzifə təlimatları:

Standartlara uyğun keyfiyyətli preform istehsalına, maşınların təhlükəsizlik və düzgün istismarı qaydalarına əməl edilməsinə cavabdeh olmaq.

  • Qoyulan istehsal hədəflərini həyata keçirmək üçün bütün komanda üzvləri ilə birlikdə həmkarlıqla çalışmaq.
  • Səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdeh olmaq.
  • Hər hansı bir problemlər ortaya çıxdıqda bu haqda lazımi əməkdaşlara məlumat vermək.
  • Təmir və digər əlaqədar servis işlərində mühəndislər qrupuna kömək etmək, mühəndisin nəzarəti altında avadanlıqlarda müvafiq təmir işlərini aparmaq.
  • Növbə ərzində Preforma istehsalı supervayzerin tərtib etdiyi cədvələ uyğun maşınlarda təmizlik və baxım işlərini aparmaq.
  • Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texnik qrupun tərkibində iştirak etmək və avadanlıqlarda müvafiq yoxlamaları aparmaq.

İş üç (3) növbəlidir:

  • Birinci növbə saat 07:30 başlanır və saat 15:30 qurtarır (fasilə vaxtı:13:00-14:00)
  • İkinci növbə saat 15:30 başlanır və saat 23:30 qurtarır (fasilə vaxtı:18:00-19:00)
  • Üçüncü növbə saat 23:30 başlanır və saat 07:30 qurtarır (fasilə vaxtı:02:00-03:00)

Tələblər:

  • Müvafiq sahədə mininmum 1 il iş təcrübəsi
  • Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Ünsiyyət bacarığı

Təhsil:

  • Texniki ixtisas üzrə (Mexanika mühəndisliyi) Bakalavr təhsili

Coca-Cola İçecek daim şirkətdaxili müxtəlifliyi dəstəkləyir. Burada bütün işə müraciət edənlər üçün onların irqinə, cinsinə, dəri rənginə, milli və ya sosial mənşəyinə, etnik mənsubiyyətinə, dininə, yaşına, sağlamlıq və ailə vəziyyətinə, cinsi oriyentasiyasına, cinsiyyət ifadəsinə və ya siyasi fikrinə və s. görə ayrı-seçkilik edilmədən bərabər imkanlar yaradılır.