Maliyyə Analitiki

  • Bafco İnvest
  • Elanın qoyulma tarixi: 20.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il təcrübə;
  • Beynəlxalq maliyyə standartlarını bilmək (ACCA F3, F7);
  • Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
  • Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
  • Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
  • Rus diliyi bilən namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat:

  • Maliyyə hesabatlarının hazırlanmasında birbaşa iştirak etmək (P&L, BS, PHH);
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təgdim edilməsi;
  • Aylıq mühasibatlıq hesabların yoxlanılması və ödənişlərin üzləşdirilməsi;
  • Müddət üzrə debitor borclarının uçotu haqqında hesabatın yığılması;
  • Kreditor borcların təhlili, ödəmələrin xarakterini, məbləğini və müddətini aydınlaşdırmaq və sistemləşdirmək;
  • Pul vəsaitlərinin və pul axınına hərəkətinə ciddi nəzarət;
  • Şirkətin daxilolmaları və ödənişlərinin həftəlik planlaşdırılması və proqnozlaşdırılması;
  • Banklara şirkətin maliyyə hesabatların təqdim edilməsi;
  • Banklara şirkətə aid kredit müraciətlərin göndərilməsi və şərtlərin icra olunmasına nəzarət;
  • Gündəlik satışların yoxlanılması və həftəlik satış hesabatların hazırlanması;
  • Müştərilər və digər kateqoriyalar üzrə satışların təhlili və həftəlik hesabatların aparılması; 
  • Müştərilərə hesab-fakturaların vaxtında verilməsinin yoxlanılması və gecikmə səbəblərinin müəyyən edilməsi;
  • Xərclərin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq;
  • Aylıq təsisçi ilə hesablaşmaların aparılması və dividendlərin ödənilməsinə nəzarət;
  • Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Tələb olunan digər idarəetmə hesabatların hazırlanması.

Əlavə məlumat:

  • Əmək haqqı müsahibə əsasında təyin edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.saat 09:00-18:00-dək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər elektron ünvana CV göndərə bilərlər.