İşin təsviri
Öhdəliklər:
- Şirkətin daxili təchizat üzrə sifarişlərin qəbul edib təmin etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasını hazırlamaq və təhlilini təşkil etmək;
- Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchiz olunması təmin etmək;
- Şirkətin fabrik, inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
- Baş ofis, və İstehsalat fabrikindən gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək;
- Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək;
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;
- Proqram üzrə sifarişlərin Sistemə daxil olunması (1 C)
- Mütəmadi anbar sayımında iştirak etmək;
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması;
Tələblər:
- Cinsi: Kişi,
- Yaş həddi: 28-50 yaş aras
- Ali təhsil, Anoloji sahədə 1-2 il iş təcrübəsi,
- Satınalma prosesləri və ümumi prinsipləri anlamaq,
- Yüksək kommunikasiya bacarığı, Bazarı təhlil etmək bacarığı, Məsuliyyətli, diqqətli və dəqiq,
- MS Office, 1 C proqramları ilə işləmək bacarığı.
- Dil Biliyi: Azərbaycan dili biliyi , ingilis dili biliyi.
- B,C kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür.
İş qrafiki: 5 günlük
İş yeri: Bakı şəhəri və Ağdam şəhəri, Ağdam Sənaye Parkı
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
Vakansiyaya müraciət üçün CV-nizi “Təchizat və satınalma üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.