Mühasib

İşin təsviri

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq sahəsində ali təhsil;
  • PMS sertifikatının olması üstünlükdür;
  • Turizm agentliyi sahəsində təcrübə böyük üstünlükdür;
  • Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3 işləmək bacarığı
  • Analitik təhlil qabiliyyəti və işləri düzgün planlamaq bacarığı;
  • Azərbaycan dili səlis, ingilis və rus dilləri yüksək səviyyədə

Vəzifə öhdəlikləri:

  • Gündəlik mühasibatlıq əməliyyatlarının sənədləşməsi və icrası;
  • Bütün əməliyyatlarının 1C-də işlənməsı;
  • İnzibati və  digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin müəyyənləşdirilməsi;
  • Aylıq mənfəət-zərər hesabatı və balans hesabatının təqdim olunması;
  • Debitor və kreditorlar ilə aparılan əməliyyatların icrası və təhlili;
  • Bank hesabları üzrə aparılan əməliyyatların təhlili;
  • Gündəlik hesabların müxabirləşməsi;
  • Statistika, Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV, DSMF və s) təqdim edilməsi.
  • Cari rüb üzrə mənfəət vergisi ilə bağlı arayışın təqdim edilməsi.
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması.

İş barədə məlumat:

  • İş günləri : Həftənin 5 iş günü tam,şənbə günü qısa iş günü
  • İş vaxtı: 09:00-dan 18:00-dək 
  • Əmək haqqı: razılaşma əsasında

Ünvan: İsmayıl bəy Qutqaşınlı 507-511,Altes plaza,Baku Holiday Travel