Anbar müdiri (tibb mərkəzi)

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 19.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz sizə nə təklif edirik:

  • İş qrafiki: həftənin 5 günü (həftəlik 40 saat);
  • Mehriban kollektiv;
  • Klinikada olan xidmətlərə özü və ailə üzvlərinə endirimlər.

Sizdən gözləntilərimiz:

  • Ali təhsil (logistika və ya əlaqəli ixtisalar üzrə ali təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə rəhbər vəzifəsində 1 il iş təcrübəsi;
  • ERP bazasında iş təcrübəsi;
  • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
  • Anbar işçilərinin işini səmərəli idarə etmək bacarığı;
  • Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.

Siz nə edəcəksiz:

  • İnventar əşyalarının qəbulu, saxlanması və buraxılması, onların yerləşdirilməsi, anbar sahəsindən ən rasional istifadə nəzərə alınmaqla, lazımi materialların, inventarların axtarışını asanlaşdırmaq və sürətləndirmək və s. üzrə anbarın işinə rəhbərlik etmək;
  • Saxlanılan inventarların təhlükəsizliyini, saxlama rejimlərinə, daxil olan və göndərilən sənədlərin qeydiyyatı və çatdırılması qaydalarına riayət olunmasını təmin etmək;
  • Anbarda norma, qayda və təlimatlara uyğun yükləmə-boşaltma əməliyyatlarını təşkil etmək;
  • Anbar sahəsinin optimallaşdırılması və saxlama proseslərinin təkmilləşdirilməsi üzrə işlərin aparılması;
  • Anbarda yanğın təhlükəsizliyi standartları və qaydaları haqqında biliklər;
  • Avadanlıqların və inventarların vəziyyətinə nəzarət üzrə təcrübə;
  • Təchizatçılar, müştərilər və komanda üzvləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün mükəmməl ünsiyyət bacarıqları;
  • Məlumatları təhlil etmək və alınan məlumat əsasında qərar qəbul etmək bacarığı;
  • Effektiv şəkildə idarə etmək və əsaslandırılmış qərarlar qəbul etmək.

Müraciət etmək üçün mövzu hissəsində “Anbar müdiri” qeyd etməklə elektron ünvanına CV göndərə bilərsiz.

İşəgötürənin reytinqi