Bölgə müdiri

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 19.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • 1-2 il qida şirkətində “Supervayzer vəzifəsi üzrə iş təcrübəsi;
  • Şəxsi avtomobil olması mütləqdir;
  • Excel proqramı ilə yaxşı işləmək;
  • Komanda ilə işləmək bacarığı, idarəetmə və liderlik qabiliyyəti mütləqdir;
  • Güclü ünsiyyət bacarığı və analitik düşüncə.
  • Ərazi biliyi

Vəzifə öhdəlikləri:

  • Satış nöqtələrində sifarişlərin alınmasına nəzarət edilməsi və rəhbərlik edilməsi;
  • Təyin olunan proqram üzrə satış nöqtələrininin gündəlik ziyarət edilməsinə nəzarət edilməsi;
  • Market və ya marketlərin optimal stokla çalışması üçün marketin stok məlumatlarının analiz edilməsi;
  • Satış nöqtələrində zədəli, istifadə tarixini keçmiş məhsulların analiz edilməsi və geri qaytarılmasının təmin edilməsi;
  • Məhsulların satışının artırılması istiqamətində işlərin həyata keçirilməsi
  • Qiymət strategiyalarının tərtibi;
  • Tabeliyində olan satış mütəxəssislərin fəaliyyətinə rəhbərlik etmək;
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Müştəri etirazlarının və aşkar edilmiş çatışmamazlıqların mənbəyinin müəyyən edilməsi, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və rəhbərliyə hesabat verilməsi.

İş şərtləri:

  • Əmək haqqı: razılaşma əsasında
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00)

Uyğun namizədlər mövzu hissəsində “Bölgə müdiri” qeyd edərək mail ünvanına müraciət etmələrini xahiş edirik.