SƏTƏM üzrə kiçik mütəxəssis

  • Milla Dairy
  • Elanın qoyulma tarixi: 16.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və nöqsanlar barəsində dərhal məlumat vermək;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmasına dəstək olmaq, yanğın təhlükəsizliyi (YT) qeydiyyat jurnalında qeydiyyat aparmaq;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmasına dəstək olmaq, yanğın təhlükəsizliyi (YT) qeydiyyat jurnalında qeydiyyat aparmaq;

Tələblər:

  • Ali təhsil (Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi
  • Sətəm-ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
  • Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmalı;
  • MC Office proqramlarında sərbəst istifadə bacarığı, xüsusilə Power Point proqramı ilə iş
  • Azərbaycan dili mükəmməl, İngilis və Rus dili arzuolunandır.

İş şərtləri:

  • İş yeri: Hökməli qəsəbəsi (Bakı-Şamaxı şoss.15-ci km)
  • İş qrafiki: 5 günlük iş qrafiki, saat 00:00-09:00
  • Nahar , servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir. 
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.