Mühasibatlıq şöbəsinin baş mütəxəssisi

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 16.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • IFRS üzrə beynəlxalq sertifikat;
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Excel-mükəmməl səviyyədə);      
  • Dil bilikləri- azərbaycan dili-əla; Rus və ingilis dilləri arzuolunandır.

Namizədə dair gözləntilər: 

  •  Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
  •  Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Bank və sığorta sahəsi üzrə arzuolunandır);
  •  Məsuliyyətli və işində dəqiq;
  •  Komandada işləmək bacarığı;
  •  Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  •  İşgüzarlıq, təşəbbüskarlıq.

Vəzifə öhdəlikləri:

  • Torpaq, tikili və avadanlıqların, həmçinin qeyri-maddi aktivlərin uçotunu aparmaq;
  • Debitor və kreditor borcların uçotunu aparmaq;
  • Gəlir və xərclərin uçotunu aparmaq;
  • Əməyin ödənilməsi üzrə əməliyyatların uçotunu aparmaq;
  • Vergi məcəlləsi üzrə gəlir və xərclərin uçotunu aparmaq;
  • Maliyyə hesabatlarının tərtib edilməsində iştirak etmək;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılmasını təmin etmək;
  • Aylıq əmək haqlarından gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsini təmin etmək;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab, ezamiyyə ödənişlərinin hesablanması və ödənilməsini təmin etmək;
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunmasını təmin etmək;
  • Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsinə nəzarət etmək;
  • Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanmasını təşkil etmək.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri; 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Mühasibatlıq şöbəsinin baş mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.  

İşəgötürənin reytinqi