İnsan resursları mütəxəssisi (biznes səfərlərin təşkili üzrə)

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Əməkdaşların daxili və xarici ezamiyyələri zamanı Agentliyin əməkdaşlıq etdiyi müəssisələr ilə birbaşa işləyərək aviabiletlərin bron edilməsi, alınması üçün sifarişlərin verilməsi və aidiyyəti işlərin görülməsi;
  • Səfərlərin rəsmiləşdirilməsi üçün əsaslandırıcı sənədlərin toplanması;
  • Viza tələbi olan ölkələrə ezamiyyələr zamanı Agentliyin əməkdaşları üçün vizanın alınması ilə bağlı proseslərdə dəstəyin göstərilməsi;
  • Xarici ezam səfərləri zamanı əməkdaşların mehmanxanada yerləşdirilməsi üçün uyğun təkliflərin hazırlanıb təqdim edilməsi və bu prosesin koordinasiya edilməsi;
  • Tabe olduğu Təlim, inkişaf və qiymətləndirmə şöbəsinin cari fəaliyyətində aşağıdakı istiqamətlərdə dəstəyin göstərilməsi:
  • Qiymətləndirmə prosesinin təşkilində iştirak;
  • Təlim, inkişaf fəaliyyətləri ilə bağlı keçiriləcək tədbirlərin təşkilinə dəstək, qeydiyyatın aparılması;
  • Sənədlərin toplanması və arxivləşdirilməsi;
  • Məktubların yazılması.
  • Ehtiyac yarandıqda departamentin fəaliyyət istiqaməti ilə bağlı layihələrdə aktiv iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • İnsan resursları, təlim və inkişaf, biznes səfərlərinin təşkili və ya layihələrin idarəedilməsi üzrə 1-3 il iş təcrübəsi;
  • Səyahətlərin tənzimlənməsi üzrə tələb olunan prosedurlar barədə ətraflı bilik və bacarıqlar;
  • Yüksək səviyyədə ünsiyyət, problem həll etmə, vaxtın idarə olunması, komandada işləmə bacarıqları;
  • Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə, Excel);
  • Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür);

Əlavə məlumatlar:

  • İş yeri: Lev Tolstoy 170;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 29.02.2024-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.