NÖC və avtomatika üzrə çilingər

İşin təsviri

 Vəzifənin məqsədi:

Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi. 
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək. 
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək - Should be reviewed by HR in detail.
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək. 
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq , iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “Usta” ya xəbər vermək.
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək.
  • Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək. 
  • İşlədiyi struktur bölmələrdə bütün nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək.
  • İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək.
  • SAP proqramı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
  • İşlə əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;

Tələblər:

  • Elektrik, elektronika və avtomatika üzrə texniki təhsil (Peşə, orta-ixtisas və s.);
  • Müvafiq sahə üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
  • İdarəetmə klapanları, axınölçənlər, düzəldici alətlər, şkaflar və s. kimi cihazların işləmə prinsiplərini, proses P&ID sxemlərini, sxematik diaqramları oxumaq və anlamaq bacarığı, paylanmış idarəetmə sistemlərini (DCS), Fövqəladə Söndürmə Sistemini (ESD), Proqramlaşdırıla bilən Məntiq Nəzarətçiləri və s. avadanlıqların bərpasını və əsaslı təmirini edə bilməlidir.
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq nəzarət ölçü cihazların istismarı üçün texniki sənədlərin, cari və əsaslı təmir üçün qüsur cədvəlinin tərtib edilməsini və təmirdən sonra qəbul edilib işə hazırlığının  yoxlanılmasını yerinə yetirməyi, müxtəlif axın, səviyyə, təzyiq və temperatur ötürücülərini və bunlarla əlaqəli idarəetmə klapanların sınanması, kalibrasiya edilməsi və çıxa biləcək problemlərin həll edilməsini  bilməlidir.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “NÖC və avtomatika üzrə çilingər” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 21.02.2024

İşəgötürənin reytinqi