Təmirə dayanma işləri üzrə planlama texniki

İşin təsviri

Vəzifənin məqsədi:

Planlaşdırılmış əsaslı təmirin təşkil edilməsi üçün lazımı səndlərin hazırlanması və sahədə tətbiqini təmin etməsi. Planlaşdırılmış əsaslı təmir zamanı təqdim edilmiş iş həcmləri, iş addımlarının və digər sənədlərin sahədə yoxlanması və hazırlannması. Təmirə hazırlıq və təmir zamanı sahədən məlumatların toplanması və işlərin proqresini sistemə daxil edilməsi.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərini sahədə yoxlamaq və ətraflı hesabat hazırlamaq;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq iş addımlarını (iş planını) sahə komandası ilə birlikdə hazırlamaq;
  • Standart işlər üçün iş addımı (iş planı) formatını hazırlamaq və mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını hazırlamaq; 
  • Sahədən təqdim edilmiş “ iş metodu” üçün lazım olduqda iş addımlarını (iş planının) hazırlamaq;
  • İş prosesləri zamanı işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək, 
  • Təmir hazırlıq və təmir zamanı sahədə işin gedişatının proqresini toplamaq və sistəmə daxil etmək,
  • Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini analiz edib uyğunsuzluqlar barəsində rəhbərinə məlumat vermək,
  • Təmir işləri ilə əlaqədar günlük, həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • SAP proqramında iş bildiriş və iş sifariş yaradılmasının bilmək. İş addımlarını (iş planını) SAP PM moduluna işləmək;
  • Əlavə çıxan işlər üçün iş addımlarını yazmaq və SAP PM moduluna əlavə etmək;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təmin etmək;
  • Cavabdeh olduğu işlərin gedişatı haqqında rəhbərinə hesabatlar hazırlamaq və məlumatlandırmaq;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;

Tələblər:

  • Müvafiq sahə üzrə texniki təhsil (peşə, orta-ixtisas və s.);
  • Sənayedə mexaniki təmir və təmirin planlaşdırma sahəsində 2 il iş təcrübəsi olmalı;
  • Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
  • Yoxlanışlar aparmaq üçün, qapalı sahələrdə işləmək bacarığı və təcrübəsi olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Təzyiq və stresin idarə olunması qabuliyyəti və problemləri həll etmə bacarığı olmalı;
  • Mexaniki cizgiləri oxuma bacarığı;
  • MS Office, Adobe Acrobat reader proqrmalarında işləmək bacarığı;
  • Primavera P6, SAP PM modulu ilə işləmək bacarığı.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Təmirə dayanma işləri üzrə planlama texniki” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 20.04.2024

İşəgötürənin reytinqi