İşin təsviri
Vəzifə öhdəlikləri:
- yeni veb-layihələr üzərində işləməsi;
- mövcud veb-layihələrin inkişaf etdirilməsi;
- komanda üzvü kimi veb-layihələr üzərində işləməsi;
- layihələri planlaması, inkişaf etdirməsi, deploy etməsi və baxımı;
- yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən API-ların hazırlanması;
- mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etməsi;
- unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Təhsil və ixtisas tələbləri:
- Ali təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi).
Staja dair tələb:
- Müvafiq sahədə ən azı 3 ildən çox təcrübə.
Kompüter biliklərinə dair tələblər:
- OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
- Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
- Php, Laravel framework, (Codeigniter bilmək üstünlükdür), REST, MVC, Design patterns, MySQL, SQL, git.
Üstünlük verilən tələblər:
- Docker, Kubernetes mühitlərində işləmə təcrübəsi;
- Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
- Agile metodologiyaları biliyi;
- CI/CD proseslərinin qurulması təcrübəsi;
- C#, ASP.Net Core bilikləri;
- Html, Css, Bootstrap;
- Javascript, jQuery, Ajax.
Dil bilikləri:
- Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi).
Xüsusi bacarıqlar:
- Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti.