İnşaat mühəndisi

İşin təsviri

Rövşən Oğuz Qrup – 100 % yerli sərmayə əsasında fəaliyyət göstərən, əsası 1991-ci ildə qoyulmuş bölgədə mülki inşaat işləri, müxtəlif növ mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin uzunmüddətli və ya birdəfəlik texniki qulluğu, təmizlik xidməti və təmiri, istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, avadanlıqların texniki qulluğu (generatorlar, yabalı yükləyici, qaldırıcı işçi platforma, nasoslar və s.), və özünün Oğuz rayonunda yerləşən  5 ulduzlu“AFRA” otelində istirahət xidmətlərindən ibarət bütöv bir xidmətlər spektrini təklif edən şirkətdir.
İnşaat mühəndisi
Müəssisə: “ Rövşən Oğuz Qrup “ MMC
Departament: Layihə Smeta Bürosu
Vəzifə: İnşaat mühəndisi (400 Azn)
İş saatı: Həftə içi 5 gün 9:00-18:00 (Şənbə, Bazar günləri istirahət)

Əsas vəzifə-öhdəliklər:
- Təyin edilmiş obyektdə(ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlarına, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirir;
Tələb olunan keyfiyyətlər:
- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsinin mülki sənaye tikinti ixtisası üzrə mühədis diplomu)
- Qeyd olunan sahədə ən azı  4 (dörd) il iş təcrübəsi;
- Microsoft Office proqramlarında(Word, Excel) işləmək bacarığı (AUTOCAD bilənlərə üstünlük veriləcək);
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri , həmçinin tikinti istehsalının texnologiya vətəşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki replamentlər, tikinti norma və qaydalarını, texniki şərtləri bilmək;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını(İnşaat mühəndisi) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağlıda qeyd olunan ünvana da təqdim edilə bilər:
Bakı şəhər, Bayıl qəsəbəsi, M.Useynov küçəsi 14