İT mütəxəssis

İşin təsviri

Rövşən Oğuz Qrup – 100 % yerli sərmayə əsasında fəaliyyət göstərən, əsası 1991-ci ildə qoyulmuş bölgədə mülki inşaat işləri, müxtəlif növ mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin uzunmüddətli və ya birdəfəlik texniki qulluğu, təmizlik xidməti və təmiri, istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, avadanlıqların texniki qulluğu (generatorlar, yabalı yükləyici, qaldırıcı işçi platforma, nasoslar və s.), və özünün Oğuz rayonunda yerləşən  5 ulduzlu“AFRA” otelində istirahət xidmətlərindən ibarət bütöv bir xidmətlər spektrini təklif edən şirkətdir.

İT mütəxəssis

Müəssisə: “ Rövşən Oğuz Qrup “ MMC

Vəzifə: İT mütəxəssis

Əmək haqqı: razılaşma yolu ilə

İş saatı: Həftə içi 5 gün, 9:00-18:00 (Şənbə, Bazar günləri istirahət)

Əsas vəzifə-öhdəliklər:

- İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;
- İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;
- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
- Serverlərdə yaranmış  nasazlıqları aradan qaldırmaq;
- Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması ;

Tələb olunan keyfiyyətlər:

- Ali təhsil  (İT üzrə olması arzu olunandır)
- Qeyd olunan sahədə ən azı  1 (bir) il iş təcrübəsi;
- Yaş həddi 20-30
- Dil bilikləri: Azərbaycan (Rus və İngilis dili bilmək arzu olunandır);
- Windows 2003 server və Windows 2008 server əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklərə sahib olmalı;
- VLAN, VPN, DNS, Active Directory, Terminal Services, İSA server, Mail server üzrə nəzəri və praktiki bilikləri olmalı;
- Şirkətdə printer, kamera və telefonların daimi işlək olmasını nəzarətdə saxlamaq;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı ;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını(İT mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.

Rövşən Oğuz Qrup MMC tərəfindən digər vakansiyalar