Mühasib

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 08.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
  • Vergi, DSMF və digər dövlət organlarına aylıq/rüblük/illik (ƏDV, sadələşdirilmiş vergi, əmlak, statistika və s.) hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Şirkətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablanmas; və ödənişinin həyata keçirilməsi;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin uçotunu aparmaq;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların vaxtında və düzgün ödənilməsini;
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Sənədlərin, hesabatların qanunvericiliyin tələblərinə uygun formada və vaxtında düzgün şəkildə tərtib edilməsi

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
  • Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;  
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.) ;
  • BTP proqramında sərbəst işləmə bacarıqları;
  • Mühasibat uçotunu bilməli (yeni hesablar planı üzrə)

İş barədə məlumat:

  • Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq 
  • İş yeri : Ağ şəhər ərazisi
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: 8.00-17.00

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.