Satın nümayəndəsi

  • Meqa Plastik
  • Elanın qoyulma tarixi: 06.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Polietilen örtüklərin, paketlərin, qablaşdırma məhsullarının satışını həyata keçirmək
  • Qoyulan planların yerinə yetirilməsi
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi
  • Şirkətlər ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak edilməsi;
  • Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi (rekvizitlər, çatdırılma, hesab faktura, qaimə);

Tələblər:

  • Cins: Kişi/qadın;
  • B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
  • Rus və İngilis dili biliyi üstünlükdür;
  • Komanda ilə və stress altında işləmək bacarığı;
  • MS Office (Word, Excel,1C arzuolunandır) yüksək səviyyədə bilmək;
  • 25-45 yaş həddi;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Hesabatların hazırlanması və analiz olunması;
  • Rəhbərliyə gündəlik və aylıq hesabatların təqdim olunması.

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri.
  • İş rejimi: Həftənin 6 günü.
  • Nahar və servis şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı razılaşma yolu ilə + satışdan %

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-mail ünvanına göndərməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Meqa Plastik tərəfindən digər vakansiyalar