İşin təsviri
Vəzifə və Öhdəlikləri:
- Ekstruderin və xəttin qurulması.
- İstehsal olunacaq sifarişləri qəbul edib istehsal prosesinin təşkili edilməsi
- İstehsal zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət edilməsi
- İstehsal tarixinin qeydinin aparılması.
- Hazır məhsulların qablaşdırılması və anbara daşınması.
- Ekstruziya prosesinin texnoloji parametrlərinin tənzimlənməsi
- Mexanizmlərin təmizlənməsi və yağlanması.
- Növbə zamanı və iş başa çatdıqdan sonra iş yerində və ətraf ərazidə təmizliyin, səliqənin qorunması.
Tələblər:
- Avadanlıqların istifadə qaydalarına düzgün riayət etmək üçün texniki bilik və bacarıqlara sahib olmalı
- Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilməli
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalı
- Komanda ilə işləmə bacarığı
- Operativ, gördüyü işə cavabdehlik
- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri bilməli
- Xammal məsrəf normalarını bilməli
- İstehsal avadanlığının istismar qaydalarını və emal texnologiyasını bilməli
- İstehsaldan çıxan hazır məhsulun keyfiyyətliliyinə nəzarət etməli
- İşlədiyi sahənin və ya avadanlığın təmizliyinə riayət etməli
- Verilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirməli
- İstehsal prosesinin düzgün aparılması üçün avadanlıqlar ilə əlaqədar problemlərlə bağlı dərhal məlumat verməli
- Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacaqrıqları olmalı
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri.
- İş rejimi: növbəli
- Nahar və servis şirkət tərəfindən təmin olunur
- Əmək haqqı razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-mail ünvanına göndərməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.