Mühasib

  • Meqa Plastik
  • Elanın qoyulma tarixi: 06.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Məhsulun maya dəyərinin hesablanması
  • Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
  • Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi
  • Daxili sifarişlərin yaradılması, yoxlanması, təchizatçıya ötürülməsi, proqram üzrə təsdiqlənməsi
  • İstehsal üçün sifarşlərin icra edilməsi
  • Təchizatçılarla üzləşmə edilməsi və aktların hazırlanması
  • 1C və xüsusi istehsal proqramı üzrə satışların üzləşdirilməsi
  • Gündəlik satış sənədlərinin 1C  proqramında işlənilməsi
  • Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
  • 1C proqramında hesabat prinsiplərinə uyğun aylıq, kvartallıq və illik hesabat dövrlərini bağlamaq və şirkətin hesabatlıq sistemini koordinasiya etmək;
  • Mühasibat əməliyyatlarının standartlara və vergi qanunvericiliyinə uyğun aparılmasına nəzarət etmək;
  • Vergi, habelə digər dövlət orqanları üzrə aylıq, rüblük, illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;

Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib vəzifəsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikat PMS arzuolunandır)
  • MS Office, 1C proqramlarında yüksək səviyyədə işləyə bilməli;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri.
  • İş rejimi: Həftənin 6 günü.
  • Nahar və servis şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı razılaşma yolu ilə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-mail ünvanına göndərməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Meqa Plastik tərəfindən digər vakansiyalar